Yasəmən Həsənova

Yasəmən ilə söhbət məni çox təsirləndirdi. Onun atası, Tofiq Hüseynov öz həyatını şəhərin mühafizəsinə qurban verdiyindən Milli Qəhrəman adını alıb. Onun anası evini həyat yoldaşı olmadan tərk etməkdən imtina etdiyindən güllələnib. Yasəmən özü həmin dəhşətdən donaraq, güllə yağışı altında gecə səhərədək yol qət etməklə xilas ola bilib. O, hazırda şəraitsiz sanatoriya ərazisində qurulmuş Xocalı qaçqınları düşərgəsində məktəbdə müəllimə işləyir.    

Evimiz çox gözəl idi – iki mərtəbəli bina idi, balkonları üzüm sarmaşıqları ilə örtülmüşdü…Ünvan? Bizim ünvanımız yox idi; çayın ətrafında hər kəs bizim evi tanıyırdı. Orada alma, armud və gavalı ağacları olan iri bağ, kartof sahəsi var idi…Atam qaynadılmış kartofu və düyü şorbasını çox xoşlayırdı…Alma ağaclarından biri çox kiçik idi; hər il bu ağac yalnız üç alma gətirirdi və biz də üç uşaq idik. Almalar qovun qoxusu verirdi və bir gün onlardan birini dişləyib ağacın üzərində saxladım. Atam soruşdu: “Nə üçün onu dərmədin?”

Uşaqlar yaxşı hafizəyə malikdirlər (Onun həmin vaxt 12 yaşı var idi). Onlar mütəmadi olaraq atəş açırdılar və biz bunu başa düşmürdük, bu atəşfəşanlığa oxşayırdı.      

Anam bizi zirzəmiyə apardı, biz heç vaxt gecə geyimi geyməzdik, hər zaman gündüz geyimində olardıq. Onlar həmişə gecə atəş açardılar, buna görə atam həmişə öz postunda olardı (özünümüdafiə qrupu). Onun bizi qorumasından qürurlanardım. Onlar səhər saat 5-6-da atəşi dayandırardılar.

Şəhərdə ərzaq, xüsusən də un və çörək çatişmazlığı var idi, qaz və elektrik təchizatı dayanmışdı, biz odun yandırırdıq və bizim tərəfdə tank və ona bənzər heç bir silah yox idi…Xocalı nəlbəkidə stəkan kimi mühasirəyə alındı, yeganə çıxış helikopterlə idi və onlar helikopterə də atəş açırdılar…Bir dəfə dayım bizi babamgilə aparanda onlar atəş açmağa başladılar və dayım bizim önümüzdə uzandı; babamgilin qapısı önündə hər kəsə atəş açıldı…Onlar bizə hər gün atəş açırdılar, lakin atam evi təmir etməkdə davam edirdi. O, qardaşımın sünnət toyuna hazırlaşırdı.           

Gecə çölə çıxa bilmirdik və hər səhər çoxlu güllə gilizləri tapardıq. Məktəbə gedə bilmirdik; 6-cı sinifdə oxuyarkən yalnız bir ay məktəbə gedə bildim.

Sonuncu hücum amansız (barbar) idi; Mən (hər iki valideynimi) baba və nənəmi, dayımı, xalamı və onun iki uşağını itirdim.

Yaşlı insanlar arxada, beş mərtəbəli binanın sonuncu mərtəbəsində qalmalı oldular.

Anam həyat yoldaşı gəlmədən şəhəri tərk etmək istəmədi, beləliklə də biz uşaqlar birgə yola düşdük.     

Onun (atasının) meyiti uzun müddət qarın altında qaldı. Atamın cəsədini xizəyin üzərində gətirdilər. Mənə onun babamın meyiti olduğunu söylədilər. onun dəfn olunduğu gün qardaşım Murada atamın şəkili verildi. Onun göz yaşları şəkilin üzərinə töküldü; sanki şəkil ağlayırdı.

Anamın vəfatından 16 il sonra internetdə onun cəsədinin şəkili göründü. Biz onun öldüyünü bilmirdik, elə bilirdik ki, o əsir götürülüb.

Heç kəsin öz anasının öldüyünə görə Allah minnətdar olmasını təsəvvür edə bilməzdim…Anamın ermənilərin işgəncəsindən qurtulmasına görə Allaha minnətdaram.   

 

Söhbəti apardı: Ian Peart
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014