Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
24 Fevral 2016

Vaşinqton şəhərində yerləşən Amerika Universitetinin Beynəlxalq Xidmət Məktəbində universitetin azərbaycanlı tələbələrinin təşkilatçılığı və ABŞ-dakı səfirliyimizin dəstəyi ilə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Xocalıda Azərbaycan xalqına qarşı törədilmiş qətliamla bağlı həqiqətlərin ABŞ ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə təşkil edilmiş tədbirdə Amerika Universitetinin beynəlxalq münasibətlər, siyasi elmlər, siyasi idarəetmə və digər fakültələrinin müəllim və tələbələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və xüsusilə Xocalı soyqırımı ilə bağlı məlumat verilib, həmçinin bülletenlər, kitablar, o cümlədən “Xocalıya ədalət” kompaniyası çərçivəsində tərtib edilmiş materiallar paylanılıb.

Azərbaycanlı tələbələr Xocalı soyqırımına həsr olunmuş guşəyə baş çəkən ziyarətçilərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində aparılan sülh danışıqları və bu proses zamanı Azərbaycan tərəfinin nümayiş etdirdiyi ədalətli mövqe, torpaqlarımızın işğaldan azad etməsini qətiyyətlə tələb edən BMT, AŞPA və digər beynəlxalq təşkilatların qətnamələri barədə də məlumat verərək onların suallarını cavablandırıblar.

Qeyd edək ki, əsası 1957-ci ildə qoyulmuş Amerika Universitetinin Beynəlxalq Xidmət Məktəbində beynəlxalq münasibətlər və digər əlaqədar sahələr üzrə qabaqcıl təhsil tədris edilir və burada dünyanın 100-dən artıq ölkəsini təmsil edən tələbələr təhsil alır.