Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
22 Fevral 2016

Aberdin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Böyük Britaniyanın Aberdin şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasim keçirilib.

Mərasimdə Aberdin Azərbaycan Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aberdin Azərbaycan Cəmiyyətinin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulayıb. K.Əliyev Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirilib.

Cəmiyyətin sədri Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan cinayət kimi dəyərləndirib, bu soyqırımına siyasi-hüquqi qiymət verməsinin və günahkarların cəzalandırılmasının vacibliyini bildirib.

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilib.