Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

Azərbaycanın Qırğızıstandakı səfirliyində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə hökumət rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, hüquq mühafizə orqanlarının, beynəlxalq qurumların təmsilçiləri, Azərbaycan diasporunun fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Xocalı soyqırımını əks etdirən sərgi ilə tanışlıqdan sonra iştirakçılara faciə ilə bağlı məlumatlar toplusu və “Xocalıya ədalət” beynəlxalq kampaniyası tərəfindən hazırlanan açıqcalar təqdim edilib.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Xocalıya ədalət” adlı sənədli film nümayiş olunub.

Bişkekdə fəaliyyət göstərən Azərbaycan məscidinin axundu Hacı İlqar Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxuyub.

Qırğızıstandakı səfirimiz Hidayət Orucov Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşüb. Səfir bu vəhşiliklərin cavabsız qalmayaçağını, tarixin məhkəməsinin qaçılmaz olduğunu bildirib.

Hidayət Orucov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində 700 minə yaxın imza toplanıb. Heydər Əliyev Fondu Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 100-dək ölkəsində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirib.

Qırğızıstan parlamenti-Jokorku Keneşinin deputatı Aşera Xalikova Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirildiyini deyib, XX əsrin sonunda belə bir qanlı qırğının törədilməsinə öz etirazını bildirib.

Pakistan İslam Respublikasının Qırğızıstandakı səfiri Qazi Ur Raxman ölkəsinin hər zaman Azərbaycan xalqının yanında olduğunu, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Xocalı soyqırımının onlar üçün çox ağır hadisə olduğunu qeyd edib.

Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıça qardaş Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarının cinayət məsuliyyətinə cəlb olunmalarının və beynəlxalq məhkəmə qarşısına çıxarılmalarının vacibliyini bildirib.

Qırğızıstanın görkəmli şairi Omor Sultanov xalqımıza dərin hüznlə başsağlığı verərək qeyd edib ki, Xocalı soyqırımı hamımız üçün dözülməz ağrı və psixoloji sarsıntıdır. Şair Azərbaycan xalqına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həll olunmasını arzu edib.

Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balçı, Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev, Qırğızıstanın əməkdar həkimi Akif Alaferdov Xocalı soyqırımı və erməni təcavüzü haqqında danışaraq Ermənistanın işğalçı siyasətinin təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükəli olduğunu vurğulayıblar.