Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
29 Fevral 2016

Fevralın 26-da Berlinin mərkəzindəki Brandenburq Darvazası önündə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar piket keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, Almaniyada Azərbaycanlı Tələbə Şəbəkəsi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi, "Azərbaycan Evi" və "Odlar Yurdu" təşkilatlarının dəstəyi ilə baş tutan aksiyada tələbələr və gənclər iştirak ediblər.

Piket iştirakçıları şəhər sakinlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında materialların olduğu vərəqələr paylayıb, onların suallarını cavablandırıblar.