Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
04 Mart 2016

Böyük Britaniya parlamentində Xocalı soyqırımı ilə bağlı ayrı-ayrılıqda iki qanunvericilik təşəbbüsü irəli sürülüb.

Qanunvericilik təşəbbüslərinin müəllifləri parlamentin Azərbaycan Qrupunun sədri Bob Bləkmən və Şotlandiya Millətçi Partiyasının parlamentdə təmsil olunan üzvü Petrik Qreyddir.

Böyük Britaniya hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatların sənədləri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həlli istiqamətində daha fəal rol oynamağa çağırılır. Ermənistan qoşunlarının Azərbaycanın Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyi bildirilir. Parlament üzvləri Böyük Britaniya hökumətinə müraciət edərək münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində beynəlxalq səyləri artırmağa çağırırlar. Həmçinin diqqətə çatdırılır ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına əngəl yaradır.