Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
27 Fevral 2016

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar fotosərgi keçirilib.

Səfirlikdən bildiriblər ki, fotosərgidə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və soyqırımı qurbanlarının əks olunduğu fotoşəkillər, çap materialları nümayiş etdirilib.

Gün ərzində tədbirdə CAR ictimai-siyasi dairələrinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, müxtəlif icma təşkilatlarının nümayəndələri, habelə 2013-cü və 2014-cü illərdə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin iştirakçısı olmuş tələbələr və yerli sakinlər iştirak ediblər.

Tədbir iştirakçılarına 1992-ci il fevralın 26-da Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırımı, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.

Bununla yanaşı, yerli jurnalist Simone Heradien tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Xocalının tarixi, soyqırımı zamanı erməni işğalçı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər və CAR tarixində aparteid zamanı həyata keçirilmiş bənzər Mamelodi qırğını haqda yazılmış məqalə tədbir iştirakçılarına paylanılıb.

Habelə Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablar, jurnallar və digər müxtəlif illüstrativ materiallar sərgi iştirakçılarına təqdim edilib.

Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.