Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilən anım mərasimi keçirilib.

Əvvəlcə iştirakçılar səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar. Onlara Heydər Əliyev Fondunun dəstəyi ilə soyqırımına dair çap olunan bukletlər, kitabçalar, Azərbaycan, rus, ingilis və tacik dillərində məlumatlar toplusu paylanılıb.

Tədbirdə Tacikistan parlamentinin deputatları, dövlət və hökumət nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırımı ilə bağlı ingilis və rus dillərində sənədli filmlər göstərilib.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Xocalı soyqırımının törədilmə səbəbləri haqqında məlumat verib. Səfir 200 mindən artıq azərbaycanlının öz tarixi torpaqlarından qovulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, 1990-cı ilin 20 Yanvar faciəsi və digər məsələlər haqqında danışıb.

Tacikistanın Xalq Şairi, Tacikistan milli himninin müəllifi Gulnazar Keldi, Xarici Ölkələrlə Mədəni Əlaqələr və Dostluq Cəmiyyəti sədrinin müavini Muşarraf Şaripova, Tacikistan Milli Universitetinin fəlsəfə kafedrasının müdiri Amiddin Şaripov, diasporumuzun üzvləri Xocalı soyqırımının dəhşətlərindən danışıb, hadisəni törədən erməni qəsbkarlarına nifrətlərini ifadə ediblər.

Sonra A.Həsənov Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar jurnalistlər arasında keçirilən müsabiqənin nəticələrini elan edib, qaliblərə, eləcə də müsabiqənin digər iştirakçılarına diplomlar və qiymətli hədiyyələr təqdim edib.

Sonda ehsan süfrəsi açılıb.