The Irish Times, 3 mart 1992-ci il

Stefan Bentura, Ağdam, Azərbaycan

Ermənilərin Dağlıq Qarabağa hücumundan xilas olarkən qırğına məruz qalan azərbaycanlıların təhqir edilmiş cəsədləri soyuq və cansız formada quruyaraq hücumdan təxminən bir həftə sonra qarla örtülmüş yamaclara yapışmışdır.   

Azərbaycanın daxilində mübahisəli anklavdan bir qədər şərq tərəfdə yerləşən Ağdamdan ordu helikopteri ilə əraziyə gələn jurnalistlər 31 cəsəd saydılar, onların bir çoxuna yaxın məsafədə baş hissədən atəş açılıb, bəzilərinin isə başının dərisi soyulub. Ölmüş kişi, qadın və uşaqlar arasında bəzilərinin barmaqları yoxdur.

Könüllülər daha 20 cəsəd topladılar və yerli məsciddə bu gün nümayiş olunması üçün onların Ağdama gətirilməsi nəzərdə tutulur.        

Azərbaycan qurumları və qaçqınlarının Ermənistan qüvvələrinin Azərbaycanın Xocalı kəndinə hücumu zamanı 1000-dən çox əhalinin ölməsi ilə bağlı ittihamları fonunda, jurnalistlər Əsgəran kəndinin üst tərəfində yerləşən təpələrdə meyitlər görmüşlər.

Anklavdan sonuncu keçmiş Sovet əsgərləri çıxmağa başladığı bir vaxtda, Ermənistan onun silahlıları tərəfindən qarla örtülmüş dağ yollarında qətliamdan xilas olmağa çalışan kişi, qadın və uşaqları qətlə yetirdiyini danmaqda davam edir. Lakin Dağlıq Qarabağın qətliam yerlərində səpələnmiş onlarla meyitlər qırğın ilə bağlı Azərbaycanın məlumatlarının doğru olduğunu göstərir.

Qırğın Dağlıq Qarabağın əsas şəhəri olan Stepanakertin Xocalıda, təxminən 3000 nəfər əhaliyə malik kənddə yerləşən hava limanına hücumdan qaçqınlar xilas olmağa cəhd edərkən baş vermişdir.    

Gözləri yarım açıq şəkildə qalan və ölmüş uşağını əlində sıxan bir qadının cəsədi ərazidə 15 dəqiqə qala bilən, jurnalistləri müşayiət edən Azərbaycan hərbiçilərinin göz yaşlarına səbəb oldu. 

Qaçqınların gecə saatlarında Xocalını tərk etməzdən qabaq geyinməyə vaxtı çatmamışdı. Öldürülənlərin bir çoxu təslim olmağa cəhd edənlərə bənzəyərək qolları açıq şəkildə qalmışdır.   

Azərbaycan pilotunun sözlərinə görə onlarla cəsəd hələ də yaxınlıqdakı meşələrdə qalır, lakin nəzər yetirmək baxımından Dağlıq Qarabağdakı cəbhədə Ermənistan mövqelərinə çox yaxında yerləşir.

Könüllülər tərəfindən gətirilən 20 meyit qalaq şəklində yığılmışdır. Bu meyitlər bir neçə yard məsafədə yerləşən Ermənistan silahlıları ilə əldə edilmiş kövrək atəşkəs nəticəsində toplanmışdır.

Zahid Cabbarov (32) ermənilər tərəfindən törədilən “qırğın” zamanı həyat yoldaşı və oğlunu itirdiyini bildirdi. O, dünən təxminən 60 meyidin toplandığını və Xocalının daha 50 nəfər sakini və silahlısının artıq dəfn olunduğunu söylədi.

Cənab Cabbarovun bildirdiyinə görə keçən çərşənbə günü dağlar boyunca bir neçə saat səmərəsiz yürüşdən sonra bir neçə yüz Xocalı qaçqını sübh vaxtı Əsgəran ilə Naxçıvanik arasında yerləşən təpəyə çatdılar.

Sonra, onun söylədiyinə görə “iki zirehli nəqliyyat vasitəsi heç bir xəbərdarlıq etmədən atəş açdılar. Hər kəs qaçmağa başladı və meşəyə qayıtmağa cəhd etdi. Əsgərandan gələn Ermənistan piyadaları hərəkət edən hər şeyə atəş açdılar.”

O dedi ki, özü üç dostu ilə birlikdə qarla dolu xəndəyə girərək xilas ola bilib.

Cənab Cabbarova görə ermənilər meşələrdə mühasirəyə aldıqdan sonra 300 nəfəri əsir götürdülər. “Daha 200 nəfər öldürüldü və ya yaralandı və yaxın məsafədə qətlə yetirildi.”

Cənab Cabbarov iddia edir ki, “daha sonra gənclər, yaşlılar və qadınlar Əsgərandan gələrək meyitləri talan etdilər” (AFP, Röyter)

 


Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014