The Times, 1 mart 1992-ci il

Tomas Qoltz, Ağdam, Azərbaycan, 27 fevral

Keçmiş Sovet İttifaqının kənar respublikalarını bürüyən zorakılıq dünən müharibə vəziyyətində olan Dağlıq Qarabağda yüzlərlə qadın və uşağın soyuqqanlı şəkildə qırılması nəticəsində yeni mərhələyə qədəm qoydu.

Şahidlərin bildirdiyinə görə erməni əsgərləri əksəriyyəti qadın və uşaq olan 450-dən çox azərbaycanlını hücum zamanı şəhəri tərk edərkən öldürmüş və süngüyə keçirmişdir. Yüzlərlə, ehtimal ki minlərlə şəxs itkin düşmüş və qorxudan ölmüşdü.

Şaxtalı havada qarlı dağlardan Azərbaycanın Ağdam şəhərinə çata bilən sağ qalanlar qırğının çərşənbə günü səhər saatlarında 1500-dək əhalinin bir dərədə erməni əsgərləri tərəfindən tələyə salınması və əhatəyə alınması zamanı baş verdiyini bildirirdilər.   

Hücum edənlər qadın və uşaqları qoruyan əsgər və könüllülərin əksəriyyətini öldürdülər. Daha sonra onlar öz silahlarını vahimədə olan qaçqınlara tərəf çevirdilər. Az sayda sağ qalan şəxslər baş verən hadisələri sonradan bu cür təsvir edirdi: “Əsl qırğın onda başladı”, sağ çıxan üç əsgərdən biri olan Azər Hacıyev dedi. “Ermənilər ancaq atəş açdılar. Sonra isə gəlib öz süngü və bıçaqları ilə insanları doğramağa başladılar”.      

“Onlar ancaq atəş açdılar, aramsız olaraq atəş açdılar”, ermənilərin əlindən xilas olmuş digər qadın və uşaqlarla Ağdama çatmış Raisə Aslanova dedi. O, həyat yoldaşı Kayunun və qaynının onun gözü qarşısında öldürüldüyünü bildirdi.

Arxadan atılan atəş nəticəsində vurulan 45 yaşlı kişi dedi: “Meşəliyin içərisində hərəkət edirdik. Birdən onlar atəş açmağa başladılar və ətrafdakı camaat düşməyə başladılar. Həyat yoldaşım düşdü, sonra da uşağım”.

Helikopterlər də atəşə tuş gəldikdən sonra sağ qalanların xilası üçün səylərini təxirə salmalı oldular. Onlar “dağların qoynu cəsədlərlə doludur” xəbərləri ilə qayıdırdılar. Digərləri cəsədlərin üzərində aparılan vahiməli əməllər, çoxlu sayda yaralıların yamaclarda öldürülməsi barədə danışırdılar.   

Bu qırğının Azərbaycan ərazisi ilə əhatə olunan əsasən erməni anklavı olan Dağlıq Qarabağda onsuz da sərt olan silahlı əməliyyatların tam olaraq nəzarətdən çıxması qorxusunu aktuallaşdırdı. Dörd il bundan öncə vətəndaş müharibəsinin başlanmasından sonra artıq 1000 nəfərdən çox şəxsin həlak olmasına baxmayaraq bu cür miqyasda baş verən qırğın total müharibəyə səbəb olacağı görünür.       

Şəhərdən çıxan azərbaycanlılar qırğına məruz qaldılar

Sağ qalanlar 2000 insanın çətin şəraitdə itkin düşdüyünü, bəzilərinin qaçıb getdiyini, çoxlarının isə yaralanma və ya soyuqdan tələf olduğunu dedilər. Bəziləri ölmüş adamlarını və yaralılarını daşıyaraq Ağdama çata bilmiş şəxslər arxada çoxlu sayda cəsədlərin qaldığını bildirirdilər.

Qırğın bazar ertəsi günü Ermənistanın Xocalı rayonuna hücumu ilə başladı. “Bu axşam saat 10-da başladı”, ordudan qaçaraq Xocalıda sığınan Bəhram Nigmatal dedi. “Onlar hava limanını ələ keçirdilər və sonra şəhərə hücum etdilər. Qadın və uşaqlara şəhəri tərk etmək üçün kömək etməyə çalışdıq. Bizim qrupdan 12 nəfərin öldüyünü gördüm. Neçə nəfər əlavə şəxsin öldüyünü bilmirəm.”

Təxminən 500 nəfər öldürülüb və bu yerli milli müdafiə qüvvələrinin başçısı mayor Əlif Hacıyevin erməni mövqelərindən mülki əhalinin Ağdama çatması üçün Əsgəran dərəsindən 10 km-lik yolda əhalini müşayiət edən zaman baş verdi.      

Hacıyev qeyri-nizami dəstə formalaşdırmaq üçün 33 milli müdafiə, 30 hava limanının təhlükəsizliyi və könüllü üzvləri ətrafına toplamışdı. “Biz onları təpəlikdən müşayiət edən zaman mayor qadın və uşaqlar və digər mülki şəxslər ilə birlikdə dərənin dibinə enmişdi”, digər sağ qalan şəxs Asif Usubov dedi.

“Aşağıda, biz dərənin ortasına enən zaman ermənilər yamaclardan atəş açdılar.” Mayor başından vuruldu və yerindəcə həlak oldu. 30 əsgər və 19 hava limanı mühafizəçiləri öldürüldü və qadın və uşaqlar dəstəsi müdafiəsiz qaldı, Usubov dedi. Sonra əsgərlər hərəkətə keçdilər və istəklərinə uyğun olaraq güllələməyə və süngüləməyə başladılar.

Dünən axşamadək 479 ölü Ağdamdakı meyitxanada qeydə alınmış və 29 cəsəd isə qəbiristanlıqda dəfn edilmişdi. Dəfn edilməyi gözləyən gördüyüm 7 cəsəddən ikisi uşaq, üçü qadın idi və biri isə sinəsindən nişan alınaraq vurulmuşdu.

Ağdam xəstəxanası qırğın səhnəsinə çevrilmişdi. Həkimlər orada əksəriyyətinin güllə və ya dərin bıçaq yarası alaraq qırğından qurtulan 140 xəstənin olduğunu bildirdilər.

Onlar heç Ağdamda da təhlükəsiz şəraitdə deyildilər. Cümə günü axşam raketlər şəhərə enərək bir neçə binanı dağıtdı və on beş nəfəri öldürdü. Qaçqınlar Azərbaycanın paytaxtı Bakı şəhərinə tərəf qaçırdılar. “Ermənilər Bakıya çatanadək dayanan deyil”, şəhərdən çıxan bir dövlət rəsmisi bildirdi. “Onda əsl döyüş başlayacaq.”

 


Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014