Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
29 Fevral 2016

Türkiyədə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar şairə və yazıçı Könül Ordubadi tərəfindən hazırlanmış “Unudulmayan Xocalım” şeirlər toplusunun təqdimatı keçirilib.

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində (İSTAD) təşkil olunan tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu Xocalı soyqırımının tanıdılması ilə bağlı görülən işlər və təqdim olunan kitab haqqında danışıb.

Sonra Metin Özel, Bedir Taşan, Könül Ordubadi, Nebahet Kirman, Kəbutər Haqverdi, Akif Kərimov və başqaları “Unudulmayan Xocalım” şeirlər toplusu barədə fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, bu kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərə töhfə vermək məqsədilə çap edilib.

Kitab Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” nəşriyyatı tərəfindən çap olunub.