Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) İstanbulda “Xocalı heç unudulmadı” mövzusunda anım mərasimi təşkil edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilmiş tədbirdə Türkiyə ictimaiyyətinin nümayəndələri, Xocalı sakinləri, İstanbulda yaşayan və işləyən azərbaycanlılar, elm və sənət adamları, diplomatlar, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.

Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra “Xocalı soyqırımı şahidlərin gözü ilə” sənədli filmi nümayiş etdirilib.

TEAS-ın Türkiyə təmsilçisi Rəna Rzayeva və İstanbuldakı baş konsulluğumuzun konsulu Kənan Murtuzov Xocalı soyqırımının dəhşətləri və “Xocalıya ədalət!” kampaniyasının məqsədindən danışıblar.

Sonra tanınmış azərbaycanlı pianoçu İslam Manafov və onun övladları - Abuzər və Turan Manafzadələr Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan konsert proqramı ilə çıxış ediblər.