Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
29 Fevral 2016

İtaliyanın “Ragusa oggi” və “Globus Magazine” xəbər saytlarında Xocalı soyqırımı ilə bağlı məqalələr yerləşdirilib.

Yazılarda Azərbaycan xalqının bu il Xocalı soyqırımının 24-cü ildönümünü andığı vurğulanır. Diqqətə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalıya hücum edərək dinc əhaliyə qarşı soyqırımı törədiblər. Soyqırımı zamanı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyulub, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olub, 1275 nəfər girov götürülüb, onlardan 150-nin taleyi indiyədək məlum deyil. 56 nəfər isə xüsusi qəddarlıqla, işgəncələrə məruz qalaraq öldürülüb. Kütləvi qırğın zamanı 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum olub.

Məqalələrdə bildirilir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatı Xocalı faciəsini Dağlıq Qarabağ münaqişəsinin ən böyük kütləvi qırğını kimi dəyərləndirib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Xocalıda azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırımını insanlığa qarşı cinayət kimi qiymətləndirib. Xocalı hadisələri baş verən zaman erməni hərbi birləşmələrinin rəhbəri, Ermənistanın hazırki prezidenti Serj Sarkisyanın Xocalı faciəsini təsvir etməsi məşhur britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ” kitabında bu cür qeyd olunub: “Xocalı hadisələri başlamamışdan əvvəl azərbaycanlılar elə hesab edirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə bilirdilər ki, ermənilər heç vaxt mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi qıra bildik”.

Məqalələrdə vurğulanır ki, 20 ildən artıqdır Ermənistan Azərbaycanın ərazisinin Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20 faizini işğal altında saxlayır. Münaqişə on minlərlə insanın həyatına son qoyub və bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə, qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi, həmçinin BMT Baş Assambleyasının, Avropa Şurasının, Avropa İttifaqının, Avropa Parlamentinin, ATƏT-in, NATO-nun və digər təşkilatların sənədlərinə Ermənistan hələ də məhəl qoymur.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması barədə məlumat verilən məqalələrdə vurğulanır ki, bu faciə və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər cinayətlər beynəlxalq birlik tərəfindən layiq olduğu siyasi və hüquqi qiymətini almalıdır. Əks halda, bu cəzasızlıq mühiti yeni cinayətlərə yol açar.