Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar İtaliya parlamentinin binası önündə mitinq keçirilib. Mitinqdə Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA), Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının (ASSAC), İtaliya və Azərbaycan arasında mədəni mübadilə üzrə Avropa Assosiasiyasının (EURASIA), İtaliya-Azərbaycan Gənclər Assosiasiyası (AGIA), Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) Romadakı ofisinin nümayəndələri, tələbələr, bu şəhərdə yaşayan azərbaycanlılar iştirak ediblər. Aksiyanın məqsədi İtaliya ictimaiyyətini, parlamentariləri, siyasi dairələri, şəhər sakinlərini, Romada yaşayan müxtəlif xalqların nümayəndələrini Xocalı soyqırımı haqqında məlumatlandırmaq, o dəhşətli gecədə ermənilərin azərbaycanlılara qarşı törətdiyi işgəncələri, faciə ilə bağlı həqiqətləri çatdırmaq olub.

Aksiya iştirakçıları üzərində “Xocalıya ədalət!”, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalı unudulmamalıdır!”, “Erməni yalanlarına son!”, “Bütün insanlıq erməni vəhşiliyini qınamalıdır!”, “Erməni terrorçuları, Qarabağdan çıxın!”, “Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalıdır!”, “Dünya ictimaiyyəti erməni vəhşiliyini qınamalıdır!”, “Dünya, Xocalı harayını eşit!”, “Erməni təcavüzünə son, erməni terroruna son!”, “Ermənistanın prezidenti Serj Sarkisyan Xocalı soyqırımının günahkarıdır!”, “Ermənistanın prezidenti Serj Sarkisyan körpələrin qatilidir!”, “Ermənistanın hərbi xuntası beynəlxalq məhkəmə qarşısında cavab verməlidir!”, “Ədalət tələb edirik, Ermənistan beynəlxalq hüquqa hörmət etməyə məcburdur!”, “Cəzasızlığa son!” şüarları yazılmış plakatları əllərində tutaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoyulması, Xocalıda törədilən vəhşiliklərin səbəbkarlarının cəzalandırılması, bu faciəyə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar ediblər.

Aksiya zamanı iştirakçılar Azərbaycanın dövlət himnini və xalqımızın vətənpərvərlik ruhunda yazılmış mahnılarını ifa ediblər. Mitinqə maraq göstərən Roma sakinlərinə, turistlərə Xocalı hadisələrini əks etdirən broşürlər və bukletlər paylanılıb.

Sonda aksiya iştirakçıları Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi ilə bağlı İtaliya parlamentinə və hökumətinə ünvanlanmış petisiyanı imzalayaraq aidiyyəti üzrə təqdim ediblər.