Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
09 Mart 2016

İtaliya Senatında Şimal Liqası-Muxtariyyət Qrupunun sədr müavini, senator Stefano Kandiani Senatın Assambleyasında Xocalı soyqırımı ilə bağlı çıxış edərək bu faciə barədə məlumat verib. O bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində çoxsaylı sənədlərin, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb. O, Ermənistan silahlı qüvvələrinin təzyiqi altında 800 min azərbaycanlının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlardan didərgin düşdüyü barədə danışıb.

S.Kandiani Senatın sədrinə müraciətində Xocalı faciəsi kimi dramatik və qanlı faktın anılması ilə yanaşı, müvafiq məsələ ətrafında dinləmələrin təşkil edilməsi, problemin araşdırılması, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icra vəziyyəti ilə tanış olmağın vacibliyini vurğulayıb. Eyni zamanda, senator İtaliya Xarici İşlər Nazirliyini bu münaqişənin həllinə nail olunması üçün səy göstərməyə çağırıb.

Xatırladaq ki, cari il fevralın 26-da İtaliya Parlamentinin Deputatlar Palatasında deputat Kristina Barcero da Xocalı soyqırımı ilə bağlı çıxış edib.