Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi erməni hərbi birləşmələrinin törətdiyi Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar fevralın 26-da Budapeştdə silsilə tədbirlər təşkil edib. Xocalıda dinc əhaliyə qarşı misilsiz vəhşiliklər və insanlığa sığmayan dəhşətli cinayətlər haqda macar ictimaiyyətinin geniş məlumatlandırılması üçün Budapeştin mərkəzində yerləşən Qəhrəmanlar Meydanında azərbaycanlı və türk tələbələr şəhər sakinlərinə, habelə çoxsaylı turistlərə Xocalı haqqında şəkillər və bukletlər paylayıb, onların diqqətini Cənubi Qafqazda dörddə bir əsr sürən erməni işğalına, Xocalıda və Azərbaycanın digər yerlərində törədilən vəhşiliklərə yönəldiblər.

Budapeşt sakinlərinin diqqətini müasir Azərbaycan tarixinin bu faciəli səhifəsinə cəlb etmək məqsədilə şəhər meriyası ilə razılıq əsasında paytaxtın əsas küçə və meydanları ilə avtomobil yürüşü təşkil edilib. Üzərində Azərbaycan və Türk bayraqları, Xocalı faciəsi ilə bağlı posterlər olan avtomobillər təxminən iki saata yaxın müddət ərzində polis maşınlarının müşayiətilə Budapeştin əsas küçə və meydanlarından keçib, şüarlar səsləndiriblər.

Həmin gün digər bir tədbir səfirlik binasının qarşısında keçirilib. Xocalı soyqırımına dair çoxsaylı fotoların açıq hava sərgisi vətəndaşlarda böyük maraq doğurub.