Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
27 Fevral 2016

Fransada “Xocalıya ədalət!” məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunan tədbirlər davam edir.

Fevralın 26-da Parisin məşhur Yelisey Çölləri xiyabanındakı Zəfər Tağı altında Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimi təşkil olunub.

Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında daimi nümayəndəliyimizin, Azərbaycan Silahlı Qüvvələrinin, Avropa Azərbaycan Cəmiyyətinin, Azərbaycanın Dostları Assosiasiyasının, eləcə də yerli assosiasiyaların, Oradur komunası və Oradur-sür-Qlan şəhid ailələri Milli Assosiasiyasının, “Houilles”un keçmiş döyüşçüləri Assosiasiyasının, Parisdə yaşayan Azərbaycan icmasının üzvləri Parisin məşhur Yelisey Çölləri xiyabanında təşkil edilən mərasimdə toplaşıblar. Xiyabanda toplaşan insanlar, Azərbaycan bayrağı, Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş əklillər turistlərin və yerli əhalinin diqqətini cəlb edib. Onlara Xocalı soyqırımı haqqında məlumat verilib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun da iştirak etdiyi mərasimdə Xocalı qurbanlarının xatirəsi yad edilib və səfirliyin, UNESCO-dakı nümayəndəliyimizin, Silahlı Qüvvələrimizin, mərasimdə iştirak edən assosiasiyaların nümayəndələri adından “Əbədi məşəl”in önünə əklillər qoyulub.

Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.

Səfir Elçin Əmirbəyov, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov və digər nüfuzlu qonaqlar Zəfər Tağı kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.