Milliyyet, 15 mart 1992-ci il

“Ölüm yaşıl təpələrdə dolaşır”

Xarici Mətbuat Mərkəzi

Dağlıq Qarabağı tərk edən Müstəqil Dövlətlər Birliyi (MDB) qüvvələri ilə erməni hərbiçiləri (polis zabitləri) arasında ziddiyyətin olduğunu söyləsələr də regionu tərk edən Rusiya əsgərləri dedilər: “Bizi azərbaycanlılara qarşı vuruşmağa inandırdılar.” Həmin vaxtda Qarabağ təpələri ermənilər tərəfindən öldürülən azərbaycanlıların meyitləri ilə örtülmüşdü. Helikopter ilə regionun təpələrinə gətirilən qərb jurnalistləri azərbaycanlılara qarşı törədilən vəhşiliyin şahidi olaraq erməni qırğınını gördülər.

Fransa xəbər agentliyi olan AFP müxbiri mərmilərlə öldürülən 31 nəfər qadın, uşaq və yaşlının cəsədini gördüyünü söylədi. Həmin qanlı təpələrdə yaxın məsafədən öldürülən 50-yə yaxın adamın meyidinin olduğunu və onların hamısının ermənilər tərəfindən işğal olunan Xocalı sakini olduqlarını deyirlər.                                   

31 cəsədin yaxınlığında onların Xocalı sakini olduğunu təsdiq edən şəxsiyyət sənədləri tapılıb. Azərbaycanlılar daha 20 meyidin könüllülər tərəfindən Ağdama aparıldığını bildirir.

MDB ordusuna məxsus üç döyüş helikopterinin birinin pilotu regionun təpələrində onlarla ölmüş türkün (azərbaycanlının – red.) meyidinin qaldığını və onların Ermənistan qüvvələrinə yaxın olması səbəbindən üzə çıxarılmadığını söylədi.

Qətliamda həyat yoldaşı və oğlunu itirən 32 yaşlı Zahid Cabbarov AFP müxbirinə keçən gün toplanan 60-a yaxın meyidin Ağdam məscidində müəyyən ediləcəyini bildirdi.

MDB-Ermənistan toqquşması

Digər tərəfdən qana susamış ermənilər MDB qüvvələrini ələ keçirdilər.

Regional komandir Sufiyan Beppayevin Tbilisidə jurnalistlərə bildirdiyinə görə Qarabağdan çıxarılan MDB qüvvələrinin bir qolu Stepanakertin (Xankəndi rayonunun erməni adı – red.) kənarında erməni qüvvələri ilə toqquşdu.

Beppayev toqquşmanın Ballurca kəndində baş verdiyini söylədi, lakin əlavə məlumat vermədi.

MDB baş komandanı Yevqeni Şapoşnikov keçən həftə Qarabağdan dəstələrin çıxarılması ilə bağlı əmr verdikdən sonra Xankəndində yerləşən bəzi dəstələr çıxarılmağa başladılar.

Bir rusun ölümü

Ötən gün edilmiş hücum nəticəsində Qarabağda MDB ordusunun bir nəfər əsgərinin öldürüldüyü söylənilir. MDB-nin Moskvadakı hərbi nümayəndəsinin sözlərinə görə çavuş A.Ruder onun komandanlığı ilə bir motoatıcı piyada bölüyünü çıxarmaq üçün verilmiş əmri icra edərkən edilmiş hücumda həyatını itirdi. Sözçü hansı tərəfin birinci atəş açdığının hələ müəyyən edilmədiyini vurğuladı.

Interfax xəbər agentliyi də bildirmişdir ki, motoatıcı piyada bölüyünün çıxarılması təxirə salınmış və bölük yeni qərarın verilməsini gözləyir.  

Dörd əsgərin etirafı

Qarabağ regionundan çıxarılmağa başlayan 366-cı motoatıcı piyada alayın dörd əsgəri azərbaycanlılara qarşı mübarizənin “müqəddəs borc” olduğuna inandırıldığını söylədilər.

Azərbaycanın ASSA-İradə xəbər agentliyinin bildirdiyinə görə adları Pavel Antipov, Yuri Lyakoviç, Pavel Zuyev və Aleksey Bondarev olan həmin dörd əsgər mətbuat konfransında onların təsir altına düşdüklərini və onların xristian rusları kimi ermənilər tərəfindən müsəlman azərbaycanlılara qarşı mübarizə aparmağa təhrik edildiyini söylədilər.

Agentlik həmin əsgərlərin 20 fevral tarixində 366-cı alaydan fərarilik etdiyini bildirdi.

Yeri gəlmişkən Xocalının meri Elman Məmmədovun sözlərinə görə Rusiyanın erməni tərəfdən əməliyyatlara cəlb olunduğu barədə sübutları gizlətmək üçün 15 rus zabitinin cəsədi ermənilər tərəfindən götürülmüşdür.

Rəhbərlik təqsirləndirildi

Dağlıq Qarabağ regionunun işğal olunmuş Xocalı kəndinin rəhbəri dövlət başçısı Ayaz Mütəllibovun adını çəkərək Azərbaycan hökumətini azərbaycanlıları Ermənistan təcavüzündən müdafiə etməməkdə təqsirləndirdi.

Məmmədov Azərbaycanın paytaxtı Bakı şəhərində keçirdiyi mətbuat konfransında Azərbaycan hakimiyyətinin əhalinin bu gün və ya sabah xilas ediləcəyinə onları inandırdıqlarını söylədi. Bizə gözləyin dedilər, lakin onlar gəlmədilər.

Onun sözlərinə görə hücum zamanı onun ailəsinin 22 üzvü öldürüldü, o göz yaşlarını saxlaya bilmədən davam etdi:                         

“Biz Azərbaycan hakimiyyətinə inandıq. Biz əmin idik ki onlar bizi tək qoya bilməzlər. Lakin onlardan heç bir kömək gəlmədi. Hökumətdən heç bir helikopter və digər kömək gəlmədi.”

 


Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014