The Times, 3 mart 1992-ci il

Anatol, Liven, Ağdam, Azərbaycan

Kiçik dərə və onun ətrafındakı yamac boyunca qurumuş otlar və kolluqlar arasında ötən çərşənbə günü Ermənistan qüvvələri tərəfindən törədilmiş Azərbaycan qaçqınlarının qırğınının cəsədləri səpələnmişdir.       

Həmin yamacdan həm Ermənistanın nəzarətində olan Əsgəran rayonunu, həm də Ağdamdakı Azərbaycan hərbi qərargahının ətraflarını görmək mümkündür. Bu qədər yaxında ölənlər öz təhlükəsizliyə qovuşa bilmədilər.         

Biz dünən nahardan sonra Müstəqil Dövlətlər Birliyinin sonuncu qüvvələri [regionu] tərk etməyə başlayan vaxt helikopter ilə bu əraziyə endik. Onlar müharibə tərəflərinin müqaviməti olmadan tərk etdilər. Sovet qüvvələrinin Əfqanıstandan çıxarılmasına rəhbərlik etmiş general Boris Qromov onların çıxmasını asanlaşdırmaq üçün Stepanakertə gəlmişdi.    

Azərbaycanlılara öz meyitlərini götürməyə və təpələrdə və meşələrdə gizlənən qaçqınlara kömək etməyə imkan yaratmaq üçün yerli səviyyədə atəşkəs elan olundu. Eyni zamanda yaxınlıqda olan erməni mövqelərini müşahidə edən iki hücum helikopteri davamlı olaraq səmada dövr edirdi.

Ümumilikdə sahədə 31 meyit saymaq olardı. Keçən beş gün ərzində Ağdama ən azı əlavə 31 meyit aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı ermənilər Azərbaycan şəhəri olan Xocalıya hücum edən zaman öldürüldüyü bildirilən mülki əhali daxil deyildir. Rəqəmlərə həmçinin digər hələ müəyyən olunmayan cəsədlər daxil deyildir.

Qırğından sağ çıxan Zahid Cabbarov bizim səfər etdiyimiz yerdə ən azı 200 nəfərin öldürüldüyünü gördüyünü deyir və müxtəlif yollarla gələn qaçqınlar da davamlı olaraq atəşə məruz qaldıqlarını və yol boyunca daşıdığı cəsədlərini saxladıqlarını bildirir. Cəsədlərin ətrafında biz dağılmış əşyalar, geyimlər və şəxsi sənədlər gördük. Cəsədlərin özləri sərt soyuq nəticəsində salamat qalmışdır. Lakin soyuq qırğından sonra yamac və meşələrdə gizlənən digərlərini öldürmüşdü. Hamısı sadə insanların, kasıb, fəhlə geyimində olanların cəsədləri idi.

Gördüyümüz 31 cəsəddən yalnız bir polis və iki milli könüllü şəxs forma geyimində idi. Bütün qalan şəxslər, səkkiz qadın və üç azyaşlı da daxil olmaqla mülki şəxslər idi. Ehtimal ki ailə olan iki qrup birgə uzanmışdı, uşaqlar anaların əllərinə sığınmışdı.

Onların bir neçəsi, o cümlədən bir uşaq ağır kəllə zədələri almışlar: onun yalnız üzü qalmışdı. Sağ qalanlar yerdə uzanan zaman yaxın məsafədə ermənilər tərəfindən necə atəşə məruz qaldıqları barədə danışır.                           

 


Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014