Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
23 Fevral 2016

Türkiyənin “TRT 1” kanalı fevralın 23-də Xocalı soyqırımı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kompaniyası barədə reportaj yayıb.

Reportajda Xocalı soyqırımı, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər, o cümlədən sosial şəbəkələrdə faciə ilə bağlı müxtəlif dillərdə yayılan informasiyalar haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı barədə məlumatlandırmaqdır.