23 Fevral 2018

Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Ukraynanın Kiyev, Lvov, Odessa, Xarkov, Dnepr, Kirovoqrad, Nikoloyev, Jitomir və digər şəhərlərində yüzlərlə bilbordlar yerləşdirilib.

Bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında xarici vətəndaşları məlumatlandırmaqdır. Bu bilbordlar Ukrayna ərazisində bir ay müddətində mövcud olacaq.