Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
28 Yanvar 2016

Azərbaycanın Polşadakı səfirliyində səfir Həsən Həsənov Varşava universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Görüşdə səfir Azərbaycan-Polşa əlaqələrinin tarixi və hazırkı vəziyyətindən bəhs edib, 2015-ci ildə Azərbaycanın Polşadakı səfirliyinin fəaliyyəti haqqında məlumat verib. O, tələbələri cari il üçün qarşıda duran vəzifələr, o cümlədən fevral ayında Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən təşkil olunacaq tədbir barədə məlumatlandırıb. Səfir tələbələri Azərbaycanın tarixi hadisələrinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin və ölkəmizin mövqeyinin Polşa ictimaiyyətinə düzgün çatdırılması istiqamətində səyləri əsirgəməməyə və fəallıq nümayiş etdirməyə çağırıb.