Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
23 Fevral 2016

23 fevral 2016

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Niderland Krallığında silsilə tədbirlər keçirilib.

Azərbaycanın Niderlanddakı səfirliyinin əməkdaşları, Niderlanddakı Azərbaycan diasporunun rəhbərləri və fəalları, eləcə də yerli ictimaiyyətin təmsilçiləri, media nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidəni ziyarət edərək, önünə əklillər qoyublar.

Həmçinin Haaqa şəhərindəki “Nieuws Poort” Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımına həsr olunmuş fotosərgi və litvalı rejissor Aleksandras Brokasın “Sonsuz Dəhliz” filmi nümayiş etdirilib.

Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra səfir M.Əfəndiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının dünyada getdikcə daha geniş vüsət aldığını, Niderlandda bu kampaniya çərçivəsində silsilə tədbirlərin təşkilinin ənənəyə çevrildiyini diqqətə çatdırıb. Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verən səfir ermənilərin bir gecədə 613 mülki şəxsi, o cümlədən qadınları, qocaları və uşaqları amansızlıqla qətlə yetirdiyini bildirib, bu faciəni əks etdirən “Sonsuz Dəhliz” sənədli filmindən söz açıb.

“Nieuws Poort” Beynəlxalq Mətbuat Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının təqdim etdiyi tematik kitab, broşür, jurnal, poster və digər təbliğat materialları iştirakçılara paylanılıb.

Fotosərgi zamanı Haaqa Kral Konservatoriyasının simli alətlər triosunun ifasında klassik musiqi əsərlərindən parçalar səsləndirilib.

“Sonsuz Dəhliz” filmin nümayişində Hollandiya ictimaiyyətinin təmsilçiləri, Niderlandda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Türk Kültür Dərnəyi, Niderland-Azərbaycan Əməkdaşlıq Platforması, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və “Azərbaycanın Holland Dostları” cəmiyyətinin rəhbər və fəalları, Azadlıq və Demokratiya Naminə Gənclər Təşkilatı və digər təşkilatların nümayəndələri, müxtəlif media qurumlarının təmsilçiləri iştirak ediblər.