Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Fevralın 26-da Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi, Avstraliya Azərbaycanlılar Cəmiyyəti və Avstraliya-Türkiyə Təşviqat İttifaqı tərəfindən Sidneyin mərkəzi meydanı “Martin Place”də “Justice for Khojaly!” adlı məlumatlandırma-etiraz aksiyası və fotosərgi təşkil edilib.

Aksiyada Sidney şəhərində yaşayan azərbaycanlılar, tələbələr, türk icmasının nümayəndələri iştirak ediblər. Aksiya zamanı “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində federal və yerli parlamentlərə ünvanlanmaq üçün imzatoplama kampaniyası keçirilib.

Eyni zamanda, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Lyuk Simpkinsin təşəbbüsü, Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin, eləcə də Qərbi Avstraliya ştatı parlamenti üzvlərinin iştirakı ilə Pert şəhərinin yerli parlament binasında Xocalı faciəsinin ildönümünə həsr edilmiş anım mərasimi təşkil olunub.

Həmçinin Pert şəhərində fəaliyyət göstərən Qərbi Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Con Hammondun təşkilatçılığı ilə şəhər ictimaiyyətini baş vermiş faciə haqqında məlumatlandırmaq məqsədilə tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri və Pert şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər.

Bundan əlavə, fevralın 27-də ölkənin ən böyük məscidi olan Gelibolu məscidində cümə namazından öncə soyqırımı ilə bağlı ətraflı məlumat verilməsi, faciə qurbanlarının ruhuna dualar oxunması nəzərdə tutulub.