Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
15 Fevral 2016

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) 1992-ci ilin fevralında Xocalıda qətlə yetirilən hər bir azərbaycanlının xatirəsini əbədiləşdirmək üçün Heydər Əliyev Fondunun, “Justice for Khojaly” beynəlxalq kampaniyasının və “Keren Kaemet le İsrael” Yəhudi Milli Fondunun dəstəyi ilə İsraildə, Prezident meşəsində 613 ağac əkməyi planlaşdırır.

Zaman faciənin miqyasını azaltmır, əksinə, illərin əlac edə bilməyəcəyi qaysaqlamayan yaranın ağrısını daha da şiddətləndirir.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, hər il “Azİz” onilliklər boyu sərsəm “Böyük Ermənistan” ideyasını dünya ictimai fikrinə yeridən erməni millətçilərinin Azərbaycanı sövq etdikləri Dağlıq Qarabağ müharibəsinin qızğın çağında Xocalı şəhərində baş vermiş dəhşətli faciəyə həsr olunmuş tədbirlər təşkil edir. Erməni təbliğatçıları uydurma ideyalarını həyata keçirmək yolunda adi böhtandan tutmuş dünya informasiya məkanında dəqiq ifadə olunmuş məqsədli yalan və qlobal dezinformasiyayadək hər cür çirkin üsula əl atırlar. Amma bu son dərəcə natəmiz üsullar da erməni cinayətkarlarına azlıq edir. Ermənilər qəsbkarlıq ideyalarını həyata keçirmək üçün nə insanları dədə-baba yurdlarından didərgin salmaqdan, nə də ərazi ələ keçirmək xatirinə bir xalqı amansızcasına məhv etməkdən çəkinirlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə də məhz belə bir faciə baş verib. Silahlı erməni quldur birləşmələri sovet ordusu hissələrinin dəstəyi ilə 613 nəfəri yalnız azərbaycanlı olduqları üçün qətlə yetiriblər.

Azərbaycanın Xocalı şəhərində faciəli hadisələrlə əlaqədar anım mərasimi fevralın 26-da keçiriləcək. “Azİz” bu layihənin həyata keçməsinə göstərdiyi yardım və dəstəyə görə İsrail-Azərbaycan parlamentlərarası qrupunun sədri, İsrailin keçmiş xarici işlər naziri, “İsrail bizim evimizdir” partiyasının başçısı, Knessetin deputatı Aviqdor Libermana xüsusi təşəkkür edir.

Xocalı faciəsinin təntənəli anım mərasiminə Knessetin deputatları, İsrail isteblişmentinin nümayəndələri, diplomatik missiyaların başçıları, bələdiyyə şuralarının, ictimai təşkilatların nümayəndələri, jurnalistlər dəvət olunublar. Bakıdan Milli Məclisin deputatları Fuad Muradovun və Rauf Əliyevin də məxsusi olaraq tədbirə qatılacağı gözlənilir.