Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
02 Mart 2016

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə jurnalistlər arasında keçirilən müsabiqəyə yekun vurulub.

Bununla bağlı keçirilən tədbirdə səfir Abbasəli Həsənov bildirib ki, müsabiqədə Tacikistan kütləvi informasiya vasitələrindən 14 müəllif iştirak edib. “Dunyo” qəzetinin müxbiri Sayfiddin Sunnati birinci, “SSRİ” qəzetinin əməkdaşı Mehribon Salimşoev ikinci, “İnson va tabiat” qəzetinin müxbiri Djomoloddin Yakubov isə üçüncü yerə layiq görülüblər.

Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.