Time, 16 mart 1992-ci il

Jil Smolou, Yuri Zaraxoviç, Moskva

Hadisənin təfərrüatları mübahisə edilsə də bu qədəri aydındır ki, Azərbaycanın Xocalı şəhərində 2 həftə əvvəl ağlabatmayan, çox kədərli hadisələr baş verdi. Böyük əksəriyyətinin şikəst edildiyi ən azı 200 azərbaycanlının meyidi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ anklavından dəfn edilmək üçün qonşu kənd və şəhərlərə aparılırdı. Azərbaycanlıların iddiasına görə bütövlükdə 1324 mülki vətəndaş öldürülüb ki, bunların da əksəriyyətini qadın və uşaqlar təşkil edir.

Azərbaycanlılar tərəfindən çəkilən videolarda bəzilərinin dərisi soyularaq, bəziləri başından güllələnərək çirkinləşdirilən insanların rəsmləri var idi...