The SundayTimes, 8 mart 1992-ci il

Tomas Goltz, erməni əsgərləri tərəfindən törədilən qətliam barədə birinci olaraq Ağdamdan xəbər verir

Xocalı boş mağazalar, ağacsız torpaq yolları olan faydasız bir Azərbaycan şəhəri idi. Lakin, hələ də, xoşbəxt vaxtlarında sahələr becərən və qaz sürülərinə baxan minlərlə azərbaycanlının yurdu olmuşdur. Ötən həftə Xocalı xəritədən silindi.

Azərbaycanın sərhəd rayonu Ağdama sızan ürək bulandırıcı xəbərlər və cəsədlərlə dolu meyitxanalar Xocalının, boş dağətəyi ətraf ərazilərin və yarğanların Sovet ittifaqının dağılmasından sonra ən dəhşətli qırğının mərkəzi olmasına şübhə yeri qoymurdu.

Xocalıya gedən sonuncu qərbli mən idim. Yanvar ayı idi və insanlar öz acı taleləri ilə barışmışdılar. Bizi şəhərə aparan helikopterin göyərtəsindəki dörd nəfərin anası Zümrüd Ezoya öz cəmiyyətini “hər an güllələnməyə hazır olan ördəyə” bənzətdi. O və onun ailəsi ermənilər tərəfindən törədilən 26 fevral qətliamının qurbanlarındandır.

“Ermənilər kənar kəndləri bir-bir alırdılar və hökumət heç nə etmirdi”, 55 yaşlı 5 uşaq atası Balakişi Şakirov dedi. “Daha sonra, onlar bizi ya qovacaq ya da öldürəcəkdilər”, onun həyat yoldaşı Dilbər dedi. Söhbət etdiyim əksər cütlüklər kimi onlar da, üç oğul və üç qızları da qətliamda öldürülmüşdülər.

“Keçməli olduğumuz ərazilər bildiyimiz erməni xətlərinə yaxın idi. Orada bir yol var idi. Qoşunun birinci hissələri keçdi, daha sonra isə hər şey nəzarətdən çıxdı. Hər tərəfdən güllələr yağırdı. Biz sadəcə onların tələsinə düşdük.”

Azərbaycanlı müdafiəçilər bir-bir aradan götürülürdü. Sağ qalanlar ermənilərin amansız atəşə başladıqlarını, dərədə hərəkət edən hər şeyə atəş açdıqlarını bildirirdilər. Azərbaycanlı operator lentə aldığı videoda cəsədləri çəkdikcə fəryad edib ağlayırdı, yüksəyə getdikcə ermənilərin əlindən meşədə sığınmağa çalışan kəndlilərdən ibarət boz ölüm cığırı göstərilirdi.

“Ermənilər sadəcə dayanmadan atəş açırdılar”, Ağdamda xəstəxanada yatan Ömər Veysəlov bildirdi. “Yoldaşımın və qızımın mənə doğru yıxıldığını gördüm.”

İnsanlar xəstəxana dəhlizlərində sevdiklərindən bir xəbər tutmaq istəyirdilər. Bəziləri əcnəbilərə öz narazılıqlarını bildirirdilər. “Qızım haradadır, oğlum haradadır?” deyə bir ana fəryad edirdi. “ Zorlanmış. Qətl edilmiş. İtkin düşmüşdür”.