Newsweek, 16 mart 1992-ci il

Pascal Privat və Steve Le Vine, Moskva, Rusiya

Azərbaycan ötən həftə yenidən məzarlıq evinə - yas tutan qaçqınların və məscidin arxasında müvəqqəti meyitxana kimi istifadə edilən yerdə xeyli sayda cəsədin toplandığı yerə döndü. Orada fevralın 25-i və 26-sı ermənilərin əlinə keçmiş və müharibə nəticəsində dağıdılmış Dağlıq Qarabağın kiçik şəhəri Xocalıdan sadə azərbaycanlı kişilər, qadınlar, uşaqlar var idi. Çoxu qaçmaq istəyərkən yaxın məsafədən öldürülmüş, bəziləri şikəst olmuş, bəzilərinin isə dərisi soyulmuşdu. Həmin insanların ailələri isə nalə çəkirdilər.