The Age (Melbourne), 6 mart 1992-ci il

Helen Vomack, Ağdam, Azərbaycan

Hadisə qurbanlarının sayı dəqiq bilinmir, lakin ermənilərin azərbaycanlılara qarşı ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında soyqırım törətdiyinə şübhə ola bilməz.

Azərbaycanın sərhəd şəhəri Ağdamda sığınacaq tapan Xocalı anklavından olan qaçqınlar 25 fevral gecəsi ermənilərin necə onların evlərinə hücum etdikləri barədə, qaçanları izləyərək ətraf meşələrdə atəşə tutması barədə danışdılar. Çərşənbə axşamı Ağdama çatarkən məsciddə bizə göstərilən cəsədlərdən əlavə dünən bir qəbiristanlıqda 75 yeni qazılmış qəbir gördüm. Bundan əlavə dəmiryol qatarlarında xəstəxanaya gedən güllə yarası almış qadın və uşaqları da gördüm.

Əsasən ermənilərin yaşadığı anklavda yerləşən Azərbaycan şəhəri olan Xocalıda 6000-ə yaxın əhali yaşayırdı. Ağdam polis komandiri cənab Rəşid Məmmədov yalnız 500 nəfərin qaça bildiyini söylədi. “Qalanları haradadır?” Bəziləri bəlkə də əsir götürülüb. Bir çox cəsəd hələ də dağlarda qalıb, çünki azərbaycanlıların onları geri gətirmək üçün kifayət qədər helikopteri yoxdur. Onun fikrincə 1000-dən çox insan təxminən -10 dərəcə temperaturda soyuqdan donaraq həlak olmuşdur.

Azərbaycanlılar zirehli döyüş maşınlarında üzərilərinə gələn silahlı ordunu görəndə özlərini müdafiə etməyə ümidləri qalmamış və meşələrə qaçmışdılar. Bir neçə saatdan sonra soyqırım başlamışdır.

Xanımı və uşaqlarının əsir götürüldüyünü düşünən Nasiru digər qaçqınların da dediklərini bizə söylədi, belə ki, keçmiş sovet ordusu da Ermənistanın Xocalıya hücum etməsində və işğalında onlara kömək olub. “Bu mənim fikrim deyil, bunları öz gözlərimlə görmüşəm”.