Hörmətli cənab / xanım,

26 fevral 1992-ci il tarixində beynəlxalq ictimaiyyət Azərbaycanın Dağlıq-Qarabağ regionunda yerləşən kiçik Xocalı şəhərində törədilmiş cinayəti görərək dəhşətə gəlmişdir. Şəhəri bir neçə ay ərzində blokadada və həftələrlə atəş altında saxladıqdan sonra Ermənistan silahlı qüvvələri keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalını zəbt etmiş və günahsız mülki əhaliyə qarşı ən qəddar və barbar aktlardan birini, Xocalı soyqırımı kimi tanınan qətliamı törətmişdir. Hücum edən hərbiçilər heç kəsə aman verməyərək 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfəri qətlə yetirdi. Qurbanların xeyli hissəsi xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Xocalı soyqırımı siyasi maraqlar güdən və iddia olunan “təqsirkar”ı təzyiq altında saxlamaq üçün ortaya atılan bəzi soyqırım iddiaları kimi bəyanat və ya uydurma deyildir. Əksinə bu beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatları və müstəqil media məqalələrinə əsaslanan geniş sənədləşdirilmiş faktdır. Xocalıda törədilmiş əməllərin spesifik elementləri onların xüsusən də “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyası da daxil olmaqla beynəlxalq hüquqda müəyyən olunduğu kimi soyqırım cinayəti kimi qiymətləndirilməsinə əsas verir.                 

Bildiyiniz kimi, Ermənistan Xocalını Azərbaycana qarşı hərbi təcavüzü zamanı işğal etmişdir. Xocalı ilə yanaşı, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun digər hissələrini və ətraf yeddi rayonunu işğal etmiş, bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından qovmaqla işğal etdiyi ərazilərdə etnik təmizləmə fəaliyyəti həyata keçirmiş və müharibə cinayətləri və insanlığa qarşı cinayətlər də daxil olmaqla digər ciddi beynəlxalq hüquq pozuntularını törətmişdir. Ermənistanın davam edən işğalçılıq siyasəti regional sülhə, təhlükəsizliyə və rifaha əsas təhdiddir.           

Acınacaqlı haldır ki, iyirmi ildən çox bir müddətin keçdiyinə baxmayaraq Xocalıda törədilən cinayətlərə görə onu törədənlərdən heç biri hələ də məhkum olunmamışdır. Törədilən əməllərə görə cəzasızlıq regionda sülhün bərqərar olunması yolunda vacib element olan ədalətin təmini üçün əsas əngəldir. Bundan başqa, tanıma və həqiqətlərin tərəfində olma yalnız qurbanların kədərlərinin yüngülləşdirilməsi üçün deyil, həmçinin bu cür vəhşiliklərin və soyqırımların bir daha baş verməməsinin təmin edilməsi üçün vacibdir.       

İnanırıq ki, Sizin dəstəyiniz ilə Xocalıya ədalət mümkündür. Bu səbəbdən, biz “Xocalıya ədalət” kampaniyasına (www.justiceforkhojaly.org) qoşulur və bu qətliamın nəticələrinin aradan qaldırılması və regionda sülh və təhlükəsizliyin bərpa edilməsi üçün sərəncamınızda olan bütün zəruri tədbirləri həyata keçirməyi xahiş etmək üçün Sizə müraciət edirik. Xüsusən də Sizdən aşağıdakı məqsədlərə nail olmaqda dəstək göstərməyi xahiş edirik:      

Biz qisas almağa çalışmırıq! Biz ədalət tələb edirik!

 

Ünvan sahibləri:

cənab Torbyorn Yagland
Avropa Şurasının Baş Katibi

xanım Ann Brasör
Avropa Şurası Parlament Assambleyasının Prezidenti

cənab Yens Stoltenberg
Şimali Atlantika Şurası Təşkilatının (NATO) Baş Katibi 

cənab İyad Amin Mədəni
İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi

cənab Mahmud Erol Kılıç
İƏT Üzv-Dövlətlərinin Parlament İttifaqının Baş Katibi

cənab Ban Ki-mun
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi

cənab Liu Jieyi
səfir, Çin Xalq Respublikasının BMT-dəki Daimi Nümayəndəsi

cənab Fransua Delatr
səfir, Fransanın BMT-dəki Daimi Nümayəndəsi

cənab Vitali Çurkin
səfir, Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəsi

cənab Mətyu Raykroft
səfir, Birləşmiş Krallığın BMT-dəki Daimi Nümayəndəsi

xanım Samanta Pauer
səfir, Birləşmiş Ştatların BMT-dəki Daimi Nümayəndəsi