Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
27 Fevral 2018

Niderland Krallığının paytaxtı Amsterdamda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib.

Şəhərin “De Rode Hoed” Mərkəzində simfonik orkestrın iştirakı ilə baş tutan proqram Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı keçirilib.

Tədbirdə, həmçinin Vyana Konservatoriyasının tələbəsi, solist Onidia Danger Azərbaycanla bağlı fikirlərini bölüşüb. O, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü deyib, xalqımıza bir daha belə faciə ilə üzləşməməyi və sülh arzulayıb.

Rekviyem-konsertdə Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, bəstəkar-pianoçu Abuzər Manafovun “Xocalıya” əsəri, Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər musiqilər səsnləndirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Niderlandın ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, Azərbaycanın media qurumlarının rəhbərləri iştirak ediblər.