Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində İstanbul Aydın Universitetində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi təşkil olunub.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və İstanbul Aydın Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş mərasimdə universitetin professor və müəllim heyəti, burada təhsil alan azərbaycanlı, türkiyəli və digər ölkələrdən olan tələbələr, KİV və QHT təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Aydın Universitetinin rektoru, professor Yadigar İzmirli, universitetin dekanı, professor Şuayib Karakaş, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, İstanbuldakı baş konsulluğumuzun konsulu Kənan Murtuzov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və başqaları tədbirdə çıxış ediblər.

Çıxışlarda təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasına biganə yanaşılması, Xocalı soyqırımını törədənlərin cəzasızlığı faktlarına görə beynəlxalq təşkilatlar və böyük dövlətlər ittiham ediliblər. ATƏT-in Minsk qrupu da fəaliyyətsizliyinə görə tənqid olunub.

Sonra Nurəngiz Günün Xocalı simfoniyası və Aydın Universitetində təhsil alan xarici tələbələrin hazırladıqları “Justice for Khojaly” adlı fləşmob nümayiş olunub.