Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
01 Fevral 2018

Fevralın 27-də Türkiyənin Sakarya şəhərində "Xocalıya Ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində “Azərbaycan və Xocalı şəhidləri” parkının açılışı olacaq.

Bu barədə məlumatı Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar verib.

O qeyd edib ki, rəhbərlik etdiyi ictimai təşkilat Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərə hazırlaşır. Federasiya Sakarya, İzmit və Kocaeli şəhər bələdiyyələri ilə birgə anım mərasimləri keçirəcək. Sakarya və İzmit şəhərlərində Xocalı faciəsi qurbanlarının xatirəsinə tikilmiş parkın açılışı olacaq.