Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

Vyana Texniki Universitetində “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.

Avstriya Akademiklər İttifaqı və “Gənclərin elmi araşdırmalarına dəstək” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqaz Universiteti Sosial və Humanitar Elmlər İnsitutunun Qarabağ tədqiqatları şöbəsinin elmi işçisi, Almaniyanın Laypsiq Universitetinin doktorantı Şamxal Əbilov çıxış edərək Dağlıq Qarabağın tarixi, həmin regionun etnik tərkibinin son əsrlərdə dəyişməsi, o cümlədən çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ dövrlərində Dağlıq Qarabağın statusu ilə bağlı qəbul edilmiş qərarlar və hüquqi aktlar barədə danışıb. O, ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal olunduğunu, həmin ərazilərdə maddi və mədəni irsin məhv edildiyini diqqətə çatdırıb.

İnsanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında məlumat verən Ş.Əbilov, eyni zamanda, erməni mənbələrindən Xocalı soyqırımını təsdiqləyən faktları sadalayıb.

Almaniyanın Flensburq Universitetinin doktorantı Famil Qurbanov isə “Dağlıq Qarabağ münaqişəsi kontekstində ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüquqları arasında ziddiyyət” mövzusunda məruzə edib. O, hər iki hüquqi anlayışın formalaşması, onların təsbit olunduğu beynəlxalq sənədlərdə tətbiqi barədə danışıb.