Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
27 Fevral 2016

Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi fevralın 27-də Vyana şəhərinin mərkəzində yerləşən Vyana Dövlət Operasının önündə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunan aksiya keçirib. 


Aksiya iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və xüsusilə də Xocalı faciəsi haqda buklet və broşürləri, eləcə də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış informasiya materiallarını və alman dilində buraxılmış vərəqələri yerli sakinlər arasında yayıblar.

Tədbirdə Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş çıxış edərək ermənilərin zaman-zaman Şərqi Anadoluda və Azərbaycanda günahsız insanlara soyqırımları törətdiyini, onlardan ən dəhşətlisinin isə Xocalı şəhərində baş verdiyini bildirib. O deyib: “Şəhidlərin xatirəsi və işğal olunmuş torpaqlardan öz ata-baba torpaqlarını məcburən tərk etmiş məzlum insanların fəryadı bizim üzərimizə onların haqq səsinin bütün dünyaya car çəkmək öhdəliyini qoyur. Haqqın səsini dünyaya yayaraq Avropada və dünyanın müxtəlif bölgələrində insanları məlumatlandırmaqla münaqişənin dinc yolla həllinə və insanların öz doğma yurdlarına qayıtmasına çalışmalıyıq. Danışıqlar nəticə verməzsə, qanı nahaq yerə tökülmüş insanlarımızın ruhu güc yolu ilə də olsa torpaqlarımızı düşmən tapdağından azad etməyi bizdən tələb edir”.

Tədbirdə Avstriyada yaşayan soydaşlarımızla yanaşı, Vyanadakı türk cəmiyyətlərinin fəalları da iştirak ediblər.